Türkiyə “Real” Madridin sponsoru olur

Türkiyə “Real” Madridin sponsoru olur
DÜNYA FUTBOLU 6 Dekabr 2019 / 11:55 5614
-  A +

Türkiyə hökuməti Madridin “Real” klubuna sponsorluq edəcək.

Qol.az xəbər verir ki, ölkənin Turizm Nazirliyi buna görə Madrid təmsilçisinə illik 12 milyon avro ödəyəcək. “Real”ın məşqlərdə Türkiyəni, bundan başqa bu ölkənin adı yazılan məhsulları reklam edəcəyi bildirilir.

“Marca” qəzeti yazıb ki, bununla bağlı danışıqlar müsbət nəticələnib. Sponsorluq müqaviləsinin müddəti barədə məlumat yoxdur. Eyni zamanda bu əməkdaşlığın “Real”ın hazırkı baş sponsoru “Emirates”lə münasibətlərə necə təsir edəcəyi də maraqla gözlənilir.

Türkiyənin ölkənin turizmini inkişaf etdirmək məqsədi ilə bu əməkdaşlığa başlayacağı bildirilir.

Xatırladaq ki, daha öncə Madridin başqa bir klubu “Atletiko” Madrid Azərbaycanın reklamını etmişdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı