İtaliyanın məşhur qəzetində irqçilik qalmaqalı

İtaliyanın məşhur qəzetində irqçilik qalmaqalı
DÜNYA FUTBOLU 6 Dekabr 2019 / 10:18 1981
-  A +

İtaliyada daha bir irqçilik qalmaqalı yaşanıb.

Qol.az xəbər verir ki, bu dəfə irqçi ayrı seçkiliyi futbol azarkeşləri yox, ölkənin nüfuzlu “Corriere dello Sport" qəzeti edib.

Nəşrin manşetində A seriyasının 15-ci turunda bu gün "İnter"lə "Roma" arasında keçiriləcək qarşılaşma haqda xəbər yer alıb. Məqaləyə iki qaradərili oyunçunun - Romelu Lukaku (“İnter”),  Kris Smollinqin (“Roma”) şəkli qoyulub və başlıqda isə "Black Friday" (Qara Cümə) yazılıb.

Bu isə sözügenən klublarla yanaşı, bütün İtaliya futbol ictimaiyyətinin narazılığına səbəb olub.

Qəzet rəhbərliyi isə məqsədlərinin irqçilik etmək yox, əksinə bununla mübarizə aparmaq olduğunu bildirib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord