Premyer Liqa klubları 1/4 finalda

Premyer Liqa klubları 1/4 finalda
ÖLKƏ FUTBOLU 4 Dekabr 2019 / 18:52 10000
-  A +

Bu gün  Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun gününə üç matç keçirilib. Hər üç görüşdə Premyer Liqa və birinci divizion təmsilçiləri üz-üzə gəlib.

"Qaradağ Lökbatan"ı qəbul edən "Zirə" 4 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib. Zaur Həşimovun komanda 1/4 finalda "Səbail"lə qarşılaşacaq.

Günün digər oyununda "Sabah" "Ağsu"ya 5:0 hesabı ilə qalib gələrək növbəti mərhələdə "Qəbələ"yə rəqib olub.  "Sumqayıt" isə "Zaqatala"nı qəbul edib və 2:0 hesablı qələbə qazanıb.  Meydan sahibləri 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən "Keşlə" 1/4 finala yüksəlib və bu mərhələdə "Qarabağ"a rəqib olub.

4 dekabr (çərşənbə)

 

 

17:00. “Sumqayıt” – “Zaqatala” - 2:0
Qollar:
Rəhim Sadıxov, 19-pen, Əmir Ağayev, 70
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
“Kapital Bank Arena”

14:00. “Zirə” – “Qaradağ Lökbatan” - 4:0 
Qol:
Elvin Məmmədov, 45-pen. Müşfiq İlyasov, 55, Xulio Rodriges, 69, İbrahim Aslanlı, 78
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

15:00. “Sabah” – “Ağsu” - 5:0
Qol:
Ulise Diallo, 29, Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabeyov, 70, Rocer Roxas, 82, 90+3
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
“Bank Respublika Arena” (ehtiyat meydança)

3 dekabr

 
“Keşlə” – “Kəpəz” - 3:1

1/4 final

(15/16-19/20 dekabr)

“Qəbələ” - "Sabah"

“Səbail” - "Zirə"

“Neftçi” - "Sumqayıt"

“Qarabağ” - "Keşlə"

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord