"Az qala sürprizlə qarşılaşacaqdıq" - Tərlan Əhmədov

"Az qala sürprizlə qarşılaşacaqdıq" - Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 3 Dekabr 2019 / 17:17 3409
-  A +

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz" üzərində 3:1 hesablı qələbəni şərh edib.

Qol.az xəbər verir ki, o, matçdan dərhal sonra "CBC Sport"a açıqlamasında bunları deyib: "Yaşar Vahabzadəni təbrik edirəm, intizamlı komanda gördüm. I divizionda belə klubun olması məni sevindirdi. Belə kubok oyunları həmişə çətin olur. I divizion amili futbolçuların motivasiyası baxımından asan olmur. Gördüyünüz kimi, bu gün qırmızı vərəqə aldıq, qol buraxdıq. Amma ikinci hissədə dəyişiklik etdik, Kamaranı meydana buraxdıq, bununla da oyunumuzu tapdıq. Ölkə kuboku bir oyundan ibarət olduğundan, çətin alınır. Az qala sürprizlə qarşılaşacaqdıq. Amma ikinci hissədə 2 qol vuraraq, qələbə qazandıq".

T.Əhmədov sözügedən görüşdə qırmızı vərəqə qalan  Franko Floreslə bu barədə söhbət etmədiyini söyləyib: "İsti başla futbolçularla heç nəyi müzakirə etmirəm. Bunun zamanı var. Futbolda vərəqə hər zaman olur. Mən Sezar Meza Kollinin "Zirə" ilə oyundakı qırmızı vərəqə almasına sərt reaksiya göstərmişdim. Çünki dirsəklə zərbəyə görə cəzalanmışdı. Mübarizə zamanı olan vərəqənin cəriməsini hətta klub da ödəyər. Buna görə, futbolçunu qınamaq olmaz. Ancaq azarkeşə, rəqibə haqsızlığı bağışlamıram. Flores isə ikinci sarı vərəqə ilə meydandan qovuldu. Miyuşko Boyoviç də "Sumqayıt"la matçda zədələndi, ili tamamladı. Qarşıdakı kubok matçında hər ikisi bizə kömək edə bilməyəcək. İndi müdafiənin mərkəzində kimi oynacağımız sual altındadır".

Daha çox


Son xəbərlər