Arda Terimin əlini öpdü - Şəkillər

Arda Terimin əlini öpdü - Şəkillər
XƏBƏR 23 Noyabr 2019 / 01:20 7458
-  A +

"Başakşəhər"in futbolçusu Arda Turan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə barışıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu, sözügedən komandalar arasında superliqanın 12-ci turunda keçirilən oyun öncəsi baş verib. Arda  "Türk Telekom" stadionunda Terimin yanına gedərək onu qucaqlayıb və əlini öpüb. Onlar bir-birilərinə oyunda uğurlar diləyib.

Xatırladaq ki, Türkiyə millisinin "Avro-2016"da uğursuz çıxışından sonra Arda Turanla Fatih Terimin münasibətləri pisləşmişdi.












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı