Klopp "Qarabağ"ın oynayacağı stadiona nifrət edir

Klopp "Qarabağ"ın oynayacağı stadiona nifrət edir
DÜNYA FUTBOLU 19 Noyabr 2019 / 15:27 8697
-  A +

"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Sevilya"nın ev oyunlarını keçirdiyi "Ramon Sançes Pisxuan" stadionunda oynamağı sevmir.

Qol.az xəbər verir ki, bu barədə alman mütəxəssis "AS" nəşrinə deyib: "Oranın futbol üçün ən yaxşı stadion olduğuna əmin deyiləm. Ən çox "Ramon Sançes Pisxuan"da oynamağa nifrət edirəm. Çünki "Sevilya"nın stadionunda xüsusi atmosfer hökm sürür. Bu, komplimentdir!".

Qeyd edək ki, Y.Klopp çalışdırdığı komandalar heç vaxt "Sevilya"ya qalib gələ bilməyib.

Əlavə edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda məhz "Ramon Sançes Pisxuan" stadionunda "Sevilya"nın qonağı olacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı