"Səbail"in futbolçusu İslandiyaya qarşı oynadı

"Səbail"in futbolçusu İslandiyaya qarşı oynadı
XƏBƏR 18 Noyabr 2019 / 14:30 2018
-  A +

"Səbail"ın yarımmüdafiəçisi Yevgeni Koçukun çıxış etdiyi Moldova millisi Avro-2020-nin seçmə mərhələsinin 10-cu turunda İslandiyanı qəbul edib.

Qol.az xəbər verir ki, görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:1. Koçuk oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edek ki, Moldova seçmə mərhələni 4 xalla tamamlayıb və 6 komanda arasında son yeri tutub. Fransa və Türkiyə milliləri isə final mərhələsinə yüksəlib.

Son xəbərlər