"Gilan" "Qəbələ"yə sponsorluğu dayandırır - klub dağılır?

"Gilan" "Qəbələ"yə sponsorluğu dayandırır - klub dağılır?
XƏBƏR 16 Noyabr 2019 / 21:16 8645
-  A +

Azərbaycan Kubokunun qalibi olan "Qəbələ" sponsorsuz qalır.

Qol.az xəbər verir ki, klubun baş himayədarı olan "Gilan Holding" 2020-ci ilin yanvarın 1-də maddi sponsorluğunu dayandıracaq. .

Bununla da "Qəbələ" cari mövsümün ikinci yarısına planlaşdıırlan bütün büdcədən məhrum qalacaq.

Niyə "Gilan Holding" sponsorluluğu məhz yanvardan dayandıracaq? Məsələ ondadır ki, futbolda klubun büdcəsi mövsüm üçün müəyəynləşdirilsə də, "Gilan Holding" kimi kommersiya təşkilatlarında illik tərtib olunur. Yəni, yanvarın əvvəlindən dekabrın sonunadək. Buna görə də "Qəbələ" artıq qış fasiləsində tarixin yaddaşına köçə bilər.

Bu xəbər o səbəbdən daha çox üzücüdür ki, klubun Futbol Akademiyası yetərincə uğurlu fəaliyyət göstərir. "Qəbələ"nin çox yetirməsi aparıcı klublarımzıın şərəfini qoruyurlar, həmçinin ölkənin bütün yaş qruplarında təmsil olunurlar.

Xatırladaq ki, əsası 1995-ci ildə qoyulan "Qəbələ" 2006-cı ildən fasiləsiz Premyer Liqada çıxış edir. "Qırmızı-qaralar" Azərbaycanda ardıcıl 2 il Avropa Liqasında mübarizəyə ilk mərhələdən başlayaraq qrupa düşən yeganə klubdur (Football24.az)

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın