Türkiyə millisində dəyişiklik - 9 futbolçu heyətdən çıxarıldı

Türkiyə millisində dəyişiklik -  9 futbolçu heyətdən çıxarıldı
DÜNYA FUTBOLU 15 Noyabr 2019 / 16:20 9140
-  A +

Avro-2020-yə vəsiqəni təmin edən Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.

Qol.az "Ntv Spor"a istinadən xəbər verir ki, baş məşqçi Şenol Günəş seçmə mərhələnin sonuncu turunda Andorra ilə görüşdən əvvəl 9 futbolçunu heyətdən çıxarıb.

Bunlar Əmrə Bəlözoğlu, Burak Yılmaz, Cengiz Ündər, Cenk Tosun, Çağlar Söyüncü, Efecan Karaca, İrfan Can Kahveci, Mahmut Tekdemir və Mərt Günokdur. Əvəzində yığmaya Əhməd Qutucu, Berkay Özcan, Güvən Yalçın və Mert Müldür dəvət olunub.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Andorra – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı