"Uğurun açarı kimi Azərbaycanla oyunu yada salmalıyıq"

"Uğurun açarı kimi Azərbaycanla oyunu yada salmalıyıq"
XƏBƏR 15 Noyabr 2019 / 14:06 2263
-  A +

"Xorvatiya ilə evdəki oyunun nəticəsi bizim üçün ağır oldu. Əslində yaxşı çıxış etdik, keyfiyyətli oyun göstərdik”.

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya yığmasının qapıçısı Martin Dubravka Avro-2020-nin seçmə mərhələsində Xorvatiya millisi ilə oyun öncəsi deyib.

“Nyukasl”ın qolkiperi Slovakiya mətbuatına açıqlamasında bu dəfə Xorvatiya ilə uduzuduqları (0:4) görüşdəki kimi oynamayacaqlarını bildirib: “Qarşıda yeni bir oyunumuz var. Xorvatların gücündən, heyətindən xəbərdarıq. Ancaq budəfəki duel fərqli olacaq. Təbii ki, bu, necə yanaşmağımızdan asılı olacaq. Əvvəlki oyunlarda gördüyümüz işlərin Riyekada da faydalı olacağına inanıram".

Dubravka güclü rəqiblə oyunun hazırlığından danışarkən yığmamıza 5:1 hesabı ilə qalib gəldikləri görüşü də xatırlayıb: “Qarşıdakı iki oyuna diqqətlə hazırlaşmalıyıq. İnsanlar necə hazırlaşmalı olduğumuz barədə danışır. Bunu özümüz də bilirik. Uğur qazanmaq istəyirik. Bunun üçün də Xorvatiya ilə ilk görüşdəkindən fərqli oyun nümayiş etdirməliyik. Uğurun açarı kimi Macarıstan və Azərbaycanla oyunları yada salmalıyıq. O, matçlardakı performansımızı inkişaf etdirməliyik. Uşaqlar bütün güclərini göstərsələr, istədiyimizə nail olarıq".

Qeyd edək ki, sabah Xorvatiyanın qonağı olacaq Slovakiya yığması noyabrın 19-da millimizi qəbul edəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın