UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
ÖLKƏ FUTBOLU 15 Noyabr 2019 / 13:05 4291
-  A +

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. 

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsi keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 18-də Ta Qalidəki Milli stadionda olacaq.

Bizi Facebook-da da izləyin!

Daha çox


Son xəbərlər