Uels yığmasında daha iki futbolçu heyətdən çıxarıldı

Uels yığmasında daha iki futbolçu heyətdən çıxarıldı
XƏBƏR 15 Noyabr 2019 / 10:40 1787
-  A +

Avro-2020-nin seçmə mərhələsində növbəti oyununu millimizə qarşı keçirəcək Uels yığmasının heyətindən daha iki futbolçu çıxarılıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz seçmə mərhələnin son görüşlərində "Derbi"nin hücumçusu Tom Laurens və "Lester"in qapıçısı Denni Uordun xidmətindən yararlana bilməyəcək.

Laurensin səhhətində problem yaranıb. Uord isə şəxsi işləri ilə əlaqədar məşqçilər korpusundan icazə alıb.

Qeyd edək ki, yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”), Co Uilyams (“Sanderlend”) və müdafiəçi Co Rodon (“Suonsi”) zədəli olduğundan, Co Allen (“Stok Siti”) isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq. “Aston Villa”nın müdafiəçisi Nil Teylor isə şəxsi işlərinə görə heyətdən kənarlaşdırılıb.

Noyabrın 16-da Bakıda yığmamızın qonağı olacaq Uels millisi 3 gün sonra Macarıstanı qəbul edəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord