"Ən böyük hədəfim dünya çempionatı ilə bağlıdır" - Şenol Günəş

"Ən böyük hədəfim dünya çempionatı ilə bağlıdır" -  Şenol Günəş
DÜNYA FUTBOLU 15 Noyabr 2019 / 10:18 4424
-  A +

“Avropa çempionatına vəsiqə qazanmaq xəyalımız var idi. Nəticədə bu xəyalımızı gerçəkləşdirdik. Bu turnirə martda başlamışdıq. 9 ay keçdi, biz də 9 doğurduq və uşaq oldu. Bu uşağa yaxşı baxmaq lazımdır. Bütün oyunçularımı təbrik edirəm".

Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, Avro-2020-yə vəsiqə şansı verən oyunu şərh edərkən onlar üçün qələbəyə bərabər bir görüş olduğunu deyib: "İlk dəfə qol vura bilmədik. Fransa ilə matçda bərabərliyə razı olmuşduq. Final mərhələsinə yüksəlməyimiz vacib idi. Bizim üçün çox çətin matç oldu. İlk hissədə hücuma çıxa bilmədik. Rəqibin sərt oyununa məruz qaldıq. Son dəqiqələrdə bir az çətinlik yaşadıq. Rəqib də risk etdi və 2 hücumçu ilə oynadı. Qol epizodları az oldu. Fikrimizdə qələbə qazanmaqdan daha çox Avropa çempionatına vəsiqə əldə etmək var idi. Xəyallarım çoxdur. Ancaq bunu təkbaşına həyata keçirməyim mümkün deyil. Yeni nəsilin özünü açmalıyıq. Bunu da düşünürəm. Ən böyük hədəfim dünya çempionatı ilə bağlıdır. Avropa çempionatında yaxşı nəticələr qazana bilsək, DÇ-də daha yaxşı yerlərə çıxa bilərik”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın