"Deməzdim ki, oyuna çox pis başladıq. Sadəcə, yaxşı ötürmələr edə bilmədik. Sağdan-sola, soldan-sağa oynadıq. Lakin ikinci hissədə daha yaxşı çıxış etdik".
Bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Barış Ekincier Avropa çempionatının seçmə mərhəlləsində Sumqayıtda Lixtenşteyni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
20 yaşlı yarımmüdafiəçi bildirib ki, komandada "cırtdanlar"a eyni hesablı səfər məğlubiyyətləri ilə bağlı sıxıntı olmayıb. Yeganə qolun müəllifi rəqibin müdafiə taktikasına üstünlük verəcəyini öncədən bildiklərini diqqətə çatdırıb: "Çox yaxşı oldu ki, qolu vurduq. 1:0 hesabı ilə qalib gəldik. Hamı hesabın daha böyük olacağını düşünürdü, amma istənilən hesablı qələbə elə 3 xaldır. Nə qədər qol vursaydıq da, elə bu qədər xal alacaqdıq. Qol vura bilmədiyimiz dəqiqələr bir-birini əvəzlədikcə, stresə düşürdük. Amma həmin dəqiqələrdə çoxlu şanslarımız oldu. Bu səbəbdən qolun vurulması lazım idi. 65-ci dəqiqədə standart vəziyyətdən sonra top mənə tərəf gəldi və başla qol vurdum. İndi Lixtenşteynin 3, bizim 6 xalımız var. Biz Slovakiyanı da yenmişik, onlar isə daha heç bir komandaya qalib gələ bilməzlər".
Ekincierin sözlərinə görə, baş məşqçi Milan Obradoviç onlara 1:0 hesablı qələbənin yetərli olduğunu söyləyib: "Media daha çox qol istəyir deyə, 5 dənəsini vurmaq niyyətində deyildik. Hərçənd, yenə qol imkanları yaratmışdıq. Amma baş məşqçimiz 1:0-ın da yetərli olduğunu dedi. Elə də oldu və 3 xal qazandıq".
Gənc oyunçu 6 xalla kifayətlənməyəcəklərini də vurğulayıb: "Slovakiyanı evdə olduğu kimi səfərdə də uda bilərik. İsveçrəyə qarşı elə Sumqayıtda çox yaxşı oynamışdıq. Məncə, səfərdə onları udmaq mümkündür. Gürcüstanla qarşılaşmada qırmızı vərəqə almasaydıq, böyük hesabla uduzmazdıq. Bu komandadan səfərdə 3 xal almaq olar. Fransadan xal almaq isə çox çətindir. Məncə, bu rəqib qrupda hamını udacaq".
Ekincier Azərbaycanın əsas millisində oynamağa özünü hazır saydığını da açıqlayıb: "Baş məşqçi Nikola Yurçeviç məni çağıracağını demişdi. Amma hələ dəvət etməyib. İnanıram ki, yaxın vaxtlarda bu, gerçəkləşəcək" (Report)
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı