Kosta aprelə qədər oynamaya bilər

Kosta aprelə qədər oynamaya bilər
DÜNYA FUTBOLU 14 Noyabr 2019 / 17:12 2023
-  A +

"Atletiko"nun zədəli futbolçusu Dieqo Kosta tibbi müayinədən keçib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ispan hücumçuda fəqərəarası disk yırtığı aşkarlanıb. Onun yaxın günlərdə əlavə müayinələrdən keçəcəyi bildirilib. Bundan sonra Kostanın əməliyyat olunub-olunmayacağına qərar veriləcək.

İspaniya mətbuatı yazıb ki, 31 yaşlı oyunçu əməliyyat olunacağı təqdirdə, təxminən aprel ayına qədər yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, D.Kosta bu mövsüm 13 matçda 2 qol vurub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı