“Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

“Qarabağ” rəsmisinə ECA-da daha bir etimad
XƏBƏR 14 Noyabr 2019 / 09:40 2779
-  A +

"Qarabağ"ın baş meneceri Asif Əsgərov Avropa Klublar Assosiasiyasında (ECA) yeni vəzifəyə seçilib.

Qol.az-ın məlumatına görə, Azərbaycan klubunun rəsmisi ECA İşçi Qrupunun sədr müavinlərindən biri seçilib. Səsvermə İşçi Qrupun İtaliyanın Milan şəhərindəki iclasında olub. 2017 - 2019-cu illərlə müqayisədə 2019 - 2023-cü illər üçün üzvlərin sayı iki dəfə azaldılıb, əvəzində daha tanınmış klubların qərar verici şəxsləri bu qrupa üzv seçilib.

Qeyd edək ki, Asif Əsgərov ECA İşçi Qrupuna iki ay öncə üzvü seçilmişdi.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı