Komanda yoldaşı ilə zarafat edən futbolçuya 1 oyunluq cəza

Komanda yoldaşı ilə zarafat edən futbolçuya 1 oyunluq cəza
DÜNYA FUTBOLU 13 Noyabr 2019 / 20:26 3921
-  A +

İngiltərə Futbol Federasiyası "Mançester Siti"nin futbolçusu Bernardo Silvanı 1 oyunluq cəzalandırıb.

Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, buna onun komanda yoldaşı Benjamin Mendi ilə  zarafat etməsi səbəb olub.

Portuqaliyalı yarımmüdafiəçi “Tvitter” hesabında Benjamin Mendinin uşaqlıq şəklini və bir şokolad markasının maskotunu paylaşaraq, izləyicilərinə “kim olduğunu təxmin edin” sualını ünvanlayıb. Qurum Silvanı irqçilikdə ittiham edərək ona 1 oyunluq cəza tətbiq edib. Bundan başqa, 25 yaşlı futbolçu 50 min funt sterlinq məbləğində cərimələnib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı