Poqba "Mançester Siti"yə qarşı oynayacaq?

Poqba "Mançester Siti"yə qarşı oynayacaq?
DÜNYA FUTBOLU 13 Noyabr 2019 / 17:57 2343
-  A +

"Mançester Yunayted"in zədəli futbolçusu Pol Poqbanın bərpa müddəti sürətlə davam edir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin ayağından gips artıq çıxarılıb. Onun İngiltərə Premyer Liqasında dekabrın 7-i keçiriləcək "Mançester Siti"yə qarşı matça kimi hazır olacağı gözlənilir.

Qeyd edək ki, Poqba  avqustun 31-də, ölkə çempionatının 4-cü turunda “Sauthempton”la  oyunda (1:1) zədələnib.


Son xəbərlər