David Vilya karyerasını bitirir

David Vilya karyerasını bitirir
DÜNYA FUTBOLU 13 Noyabr 2019 / 13:06 2799
-  A +

Yaponiyanın "Vissel Kobe" klubunun futbolçusu David Vilya karyerasını başa vurmağa qərar verib.

Qol.az xəbər verir ki, 37 yaşlı forvard İspaniya mətbuatına açıqlamasında 19 illik peşəkar karyerasına 2020-ci ilin yanvar ayında son qoyacağını deyib.

İspaniya millisinin sabiq üzvü yanvarın 1-i “Vissel Kobe” ilə "İmperator kuboku"nu qazanmaq üçün son dəfə meydana çıxacağını bildirib.

Qeyd edək ki, Vilya "Sportinq" (Xixon), "Saraqosa", "Valensiya", "Barselona", "Atletiko" və "Nyu-York Siti" kimi klublarda çıxış edib. O, İspaniya millisi ilə Avropa və dünya çempionu olub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı