ABŞ gimnastı məşq zamanı dünyasını dəyişib

ABŞ gimnastı məşq zamanı dünyasını dəyişib
XƏBƏR 12 Noyabr 2019 / 20:15 3854
-  A +

ABŞ gimnastı Melani Koulman məşq vaxtı dünyasını dəyişib.

Qol.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı qadın idmançı paralel qollarda hərəkət zamanı yıxılıb.

Gimnast xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Koulmanın həm də məşqçisi olan atası hadisə ilə bağlı açıqlama verib: "O kürəyindən zədələnmişdi. Bu, faciəvi sonluqlu bir qəza oldu".


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı