Sterlinq millidən kənarlaşdırıldı

Sterlinq millidən kənarlaşdırıldı
DÜNYA FUTBOLU 12 Noyabr 2019 / 12:17 3735
-  A +

İngiltərə millisinin üzvü Rahim Sterlinq Avro-2020-nin seçmə mərhələsində Monteneqro ilə oyunu buraxacaq.

Qol.az-ın "The Guardian"a istinadən yaydığı xəbərə görə, 24 yaşlı yarımmüdafiəçisi millinin düşərgəsində "Liverpul"un müdafiəçisi Co Qomeslə dalaşdığı üçün heyətdən kənarlaşdırılıb.

Bildirilir ki, “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının 12-ci turunda “Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşlı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib.

Sterlinq baş verənlərdən sonra üzr istəyib.

Qeyd edək ki, İngiltərə - Monteneqro oyunu noyabrın 14-ü keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı