Rüfət Dadaşovdan qol ötürməsi

Rüfət Dadaşovdan qol ötürməsi
XƏBƏR 12 Noyabr 2019 / 00:10 2142
-  A +

Almaniya 3-cü Bundesliqasında 15-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” bu turda doğma meydanda Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Dadaşov görüşün 77-ci dəqiqəsində - rəqib hesabda 1:0 öndə olarkən meydana daxil olub. O,  komandasının 86-cı dəqiqədə vurduğu qol zamanı məhsuldar ötürmə ilə yadda qalıb.

Münster klubu hazırda 13 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın