"Arsenal"dan Emeri açıqlaması

"Arsenal"dan Emeri açıqlaması
DÜNYA FUTBOLU 11 Noyabr 2019 / 22:29 4815
-  A +

"Arsenal"ın idman direktoru Raul Sanllehi yolları ayıracaqları iddia edildikləri baş məşqçi Unai Emeri haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, komandanın uğursuz çıxışına baxmayaraq, ispan mütəxəssisə inandıqlarını deyib:

"Biz də hər kəs kimi bu mövsümkü nəticələrdən və komandanın çıxışından məmnun deyilik. Emerinin, oyunçuların istədiyimiz səviyyədə olmaması, azarkeşlərimiz kimi bizi də məyus edir. Hədəflərimizi gerçəkləşdirmək üçün bəzi şeylərin düzəlməsi lazımdır. Biz bunu bacaracaq şəxsin Emeri olduğuna inanırıq. Hamımız işləri qaydaya salmaq üçün çalışdrıq. İstədiyimizə nail olacağımıza inanırıq".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı