"Qəbələ"dən 50-ci böyükhesablı qələbə

"Qəbələ"dən 50-ci böyükhesablı qələbə
ÖLKƏ FUTBOLU 11 Noyabr 2019 / 17:17 2541
-  A +

“Qəbələ” 2019/20 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 11-ci turuna təsadüf edib. “Qırmızı-qaralar” ev oyununda “Səbail”in qapısından üç cavabsız top keçirib.

Bu qələbə komandanın tarixində 50-ci böyükhesablı qələbə olub. Yubiley uğuruna imza atan “Qəbələ” ilk belə qələbəsini 2005/06 mövsümündə əldə edib. Birinci dəstədə “Göy-Göl” (Xanlar) adı ilə çıxış etdiyi vaxt komanda ilk oyununda “Şərur”un qapısından 8 cavabsız top keçirib.

Böyükhesablı qələbələrdən 29-u Premyer Liqa, 11-i birinci divizion, 9-u Azərbaycan kuboku, 1-i Avropa Liqasına təsadüf edib.

“Qırmızı-qaralar” evdə 33, səfərdə 17 dəfə böyük hesabla qalib gəlib.

Komanda hər mövsümdə ən azı 1 dəfə üç və ya daha çox fərqlə qələbə qazanıb.

Qəbələ şəhər stadionundakı oyun Elmar Baxşıyevin rəhbərliyi altında ilk böyükhesablı qələbə olub. O, komanda ilə belə nəticəyə imza atan 9-cu baş məşqçidir: Roman Qriqorçuk – 15, Faiq Cabbarov – 14, Ramiz Məmmədov – 7, Fatih Kavlak – 5, Toni Adams, Yuri Syomin – 3, Dorinel Muntyanu, Sənan Qurbanov, Elmar Baxşıyev – 1.

Qeyd edək ki, “Qəbələ” bunadək son böyükhesablı qələbəsini də məhz “Səbail” üzərində qazanıb. 2018/19 mövsümünün startında – 2018-ci il avqustun 12-də Qəbələ şəhər stadionunda 3:0 hesablı qələbə əldə olunub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı