Ronaldo əvəzləndi, Sarrinin əlini sıxmadı - Video

Ronaldo əvəzləndi, Sarrinin əlini sıxmadı - Video
VİDEO 7 Noyabr 2019 / 10:02 6645
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Lokomotiv"lə matçda (2:1) əvəzlənməsini narazılıqla qarşılayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu 82-ci dəqiqədə Paulo Dibala ilə əvəzləndikdən sonra Turin klubunun baş məşqçisi Maurisio Sarrinin əlini sıxmayıb.

İtaliyalı mütəxəssis görüş bitdikdən sonra keçirilən mətbuat konfransında Ronaldonun meydandan çıxarmasının səbəbi haqda danışıb. O bildirib ki, 34 yaşlı oyunçunun zədələnə biləcəyindən ehtiyat etdiyi üçün bu addımı atıb: "Birinci hissənin sonunda onda narahatlıq əlamətləri var idi. İkinci hissədə belə anlar bir az da artdı. Onun zədə ala biləcəyindən ehtiyat etdiyim üçün əvəzlədim. Zədə gələcəkdə Kriştianoya mane ola bilərdi".

Bizi İnstaqramda da izləyin!



Son xəbərlər