5 min yunan bayrağı məsələsinə - “Qarabağ”dan reaksiya

5 min yunan bayrağı məsələsinə - <b style="color:red">“Qarabağ”dan reaksiya</b>
ÖLKƏ FUTBOLU 4 Noyabr 2019 / 13:51 8159
-  A +

“Qarabağ” Avorliqanın qrup mərhələsinin 4-cü turunda səfərdə APOEL qarşılacağı oyunda tribunalarda 5 min yunan bayrağı yer alacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrarimov Qol.az-a açıqlamasında məsələyə münasibət bildirib: “Biz bunu normal qarşılayırıq. Qeyri-adi bir şey yoxdur. APOEL-lə münasibətlərimiz çox yaxşıdır. Yunanıstan da müstəqil ölkədir”. O, mümkün təxribatların qarşısının alınması üçün qarşı tərəfin maksimum diqqətli olacağını deyib: “Biz daim onlarla əlaqədəyik. İlk oyunda heç bir problem baş verməmişdi. İndi də onlar təxribat məsələlərinə maksimum diqqətli olacaqlarını bildiribər”.

Qeyd edək ki, GSP stadionunda keçirləcək APOEL - "Qarabağ" görüşü noyabrın 7-də, 21:55-də start götürəcək.

Xatırladaq ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə komandanın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə Dağlıq Qarabağın separatçı rejiminin  “bayrağı” görünüb. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.

 

Daha çox


Son xəbərlər
13.11.19  20:50

Vengerin yeni iş yeri