“Roma” Cengizə cəza verməyəcək

“Roma” Cengizə cəza verməyəcək
XƏBƏR 14 Oktyabr 2019 / 17:07 4933
-  A +

“Roma” Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına dəstək olaraq əsgər salamı verdiyi şəkli sosial şəbəkədə paylaşan futbolçusu Cengiz Ünderi cəzalandırmayacaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, klub futbolçusunun bu addımının onlara heç bir problem yaratmadığını bildirib.

Paytaxt təmsilçisi 22 yaşlı hücumçu üçün sanskiya tətbiq etməyəcək.


Son xəbərlər