“Əsgər salam”ını layk edib, sonra geri götürdülər - Qalmaqallı hərəkət

“Əsgər salam”ını layk edib, sonra geri götürdülər - Qalmaqallı hərəkət
XƏBƏR 14 Oktyabr 2019 / 16:56 7658
-  A +

Almaniya milli komandasının türk əsilli futbolçuları İlkay Gündoğan və Emre Can Cenk Tosunun Albaniya ilə matçda vurduğu qələbə qolundan Türkiyə millisinin futbolçularının “əsgər salamı” şəklini bəyənib.

Qol.az xəbər verir ki, daha sonra onlar “layk"lardan imtina edərək onu geri götürüblər. “Kicker” nəşri bununla əlaqədar futbolçulara müraciət edib. İlkay Gündoğan bildirib ki, bu məsələnin siyasiləşdiriləcəyini düşündüyü üçün “layk”ını geri götürüb.

Emre Can isə bildirib: “Mən mövzunun nə olduğunu bilmədiyim üçün şəkli bəyənmişdim. Sülhsevər insanam”.

Qeyd edək ki, sosial şəbəkərlərdə türk istifadəçilər Gündoğan və Canın addımını pisləyiblər. 


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı