"Milan"ı əvvəlki böyüklüyünə qaytarmaq üçün məni gətirməlidirlər" - Berluskoni

"Milan"ı əvvəlki böyüklüyünə qaytarmaq üçün məni gətirməlidirlər" -  Berluskoni
DÜNYA FUTBOLU 14 Oktyabr 2019 / 14:30 3135
-  A +

"Milan”ın sabiq prezidenti Silvio Berluskoni  maraqlı açıqlama verib.

Qol.az xəbər verir ki, 82 yaşlı funksioner "Footbal İtalia"ya açıqlamasında "Milan"ın uğursuzluğu barədə danışıb. O, komandanın bu "qara zolaq"dan çıxması üçün özünün "Milan"a qayıtmalı olduğunu bildirib:

"Elə şeylər var ki, onları ancaq tualete girib, qapını bağlayandan sonra demək olar. "Milan"ı əvvəlki böyüklüyünə qaytarmağın yollarından danışırıqsa, hər şey çox sadə, eyni zamanda çətindir - kluba  Silvio Berluskonini qaytarmaq lazımdır".

Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə "Milan”ın sahibi olub. Klub onunla 8 dəfə İtaliya çempionuluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı