Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki

Millimizlə oyunu buraxacaq -  Uels yığmasında itki
XƏBƏR 14 Oktyabr 2019 / 12:11 2865
-  A +

Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, britaniyalılar Bakıda keçiriləcək qarşılaşmada Co Allenin xidmətindən yararlana bilməyəcək. 29 yaşlı yarımmüdafiəçi ötən gecə Xorvatiya ilə oyunda (1:1) sarı vərəqə alaraq cəzalı duruma düşüb. 

Görüşdə komandanın lideri Qaret Beyl zədələnib. Ancaq baş məşqçi Rayn Giqqz hər üç əvəzetmədən istifadə etdiyindən "Real"ın hücumçusu sonadək meydanda qalıb. Onun yığmamızla görüşdə iştirak edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, Azərbaycan - Uels oyunu noyabrın 16-da keçiriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın