“Ümumiyyətlə, bu mərhələdə komanda düzəlməlidir. Təzə məşqçi gəlib, onun da öz fikirləri var. Evdə 2 oyunda məğlub olduq. Hazırda qalan bütün oyunlar bizim üçün çox vacibdir. İlk olaraq, heyəti təkmilləşdirib, öz oyunumuzu qurub və bununla bərabər, maksimum xal toplamalıyıq. Mən belə başa düşürəm ki, millidə cavan uşaqlara çox ehtiyac var. Gəlib, yığmada öz yerlərin tutsunlar. Cavanlardan çox şey asılıdır. Gərək, hazır vəziyyətdə yığmaya gəlsinlər”
Bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov millimizin Avro-2020-nin seçmə mərhələsindəki çıxışı haqda Qol.az-a açıqlamasında deyib.
72 yaşlı mütəxəsis yığmamızın bu gün səfərdə Macarıstanla qarşılaşacağı oyun haqda da danışıb:
“Millimiz ümumiyyətlə, hər matça axırıncı oyun kimi çıxmalıdır. Söhbət xaldan getmir. Mən hər zaman birinci olaraq, komandanın göstərdiyi oyunu düşünmüşəm. Gələn mərhələdə yaxşı oynamaq üçün indidən heyəti təkmilləşdirməliyik. Hazırda cavanlara ehtiyac var və onlar da həvəsli olurlar. Amma gərək, o uşaqlar da yığmaya layiqli olsun. Öncədən milli komandada oynayan futbolçulardan da çox şey asılıdır. Görün, neçə ildir ki, birlikdə oynayırlar. Biz istəyirik ki, axşam millimiz qələbə qazansın. İstəyimiz ancaq budur. Düşünürəm ki, ağır oyun olacaq. Hazırda biz asan qollar buraxırırq. Bu haqda düşünüb, işləməliyik”.
O bildirib ki, əsas olan sərgilənən oyundur: “Əgər biz əsas olaraq sərgilənən oyunu yox, toplanan xalları sayırıqsa, turnir cədvəlində nəticəmiz görsənir. Ancaq bu, yığmadır. Hər bir futbolçu, məşqçi bu haqda düşünməlidir. Yığma bu milləti təşkil edir. Hər oyuna final oyunu kimi çıxmalısan. Sona qədər mübarizə aparmalıdırlar. Lixtenşteyn, Andorra kimi millilərin oyunlarına çox baxıram. Məsələn, Andora bir neçə gün öncə Moldovanı məğlub etdi. Milli komanda tarixində 7-ci qələbələrini qazandılar. Mən oyuna baxırdım, sevinirdilər. Qazandıqları qələbə onları növbəti mərhələyə çıxarmırdı, ancaq onlar üçün qələbə vacibdir. Biz də onlar kimi bu cəhətdən hərəkət etməliyik. Mən heç vaxt proqnoz vermirəm. Əgər yaxşı oyun varsa, xallar da olacaq. Xorvatiyayla evdə yaxşı oynamışdıq. Bilirsiz, məşqçi təzədir, futbolçular dəyişilib, çoxu gedib. Gedənlərin yerinə hələ də keyfiyyətli oyunçular gəlməyib. Ümumi Azərbaycan futbolunu düşünmək lazımdır. Bizim bütün zəifl tərəflərimiz müxtəlif yaş qruplarındakı yığmalarda, əsas millidə və klublarımızın Avropadakı oyunlarında ortaya çıxır. Bu haqda düşünüb, iş görməliyik”.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi