Qurban Qurbanovun narazılığına - Ailtondan cavab

Qurban Qurbanovun narazılığına -  Ailtondan cavab
PREMYER LİQA 27 Sentyabr 2019 / 22:14 11418
-  A +

"Qarabağ"ın futbolçusu Ailton Silva Azərbaycan Premyer Liqasının 6-cı turunda evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra  jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.

- Çətin oyun oldu. Daha çox müdafiədə oynayan komandayla qarşılaşdıq. Amma səbrli olmağı bacardıq. Topa nəzarət edirdik. Zamanı gəldi,  bundan istifadə edib, qol vurduq.

-  Oyundan əvvəl "Sumqayıt"dan ehtiyat edirdinizmi?

- Biz məşq edirik. Amma nəzərə alırıq ki, onlar da hazırlaşırlar. Lider kimi qarşımızda məsuliyyət vardı, bütün oyunlara qələbə üçün çıxmalıyıq. Yenə də hədəfimizə çatdıq.

- 6 matç, 6 qələbə və lidersiniz. Görünən odur ki, bu mövsüm heç kim "Qarabağ"ın qarşısını ala bilməyəcək. Bu, bir az sizin üçün maraqsızdır, yoxsa sevindiricidir ki, rəqibiniz yoxdur?

- Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, digər komandalar haqqında danışmağı xoşlamıram.  Hədəfimiz oyunlara çıxıb, qələbə qazanmaqdır. Sonda nə olacağını isə yaşayıb, görərik.

- "Sevilya" və "Zirə"ilə matçlardan sonra Qurban Qurbanov sizdən narazı olub ki, onun tapşırdılqarını etmirsiniz, öz bildiyiniz şəkildə oynayırsınız. Bu barədə nə deyə bilərsiniz?

- Xeyr, bu haqda heç nə deyə bilmərəm. Mən sadəcə meydana çıxdığım qarşılaşmalarda komandama kömək etməyə çalışıram.

- Səfərdə APOEL-ə 4 top vuran "Düdelanj"dan 1 xal almaq və ya qələbə qazanmaq nə dərəcədə real görünür?

- Təbii ki, rəqibi analiz edəcəyik. Çatışmayan cəhətlərini görəcəyik. Səfər oyunu olsa da, hədəfimiz 3 xaldır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord