"Xaymenin zədəsi ciddidir" - Qurban Qurbanov

"Xaymenin zədəsi ciddidir" - Qurban Qurbanov
PREMYER LİQA 23 Sentyabr 2019 / 21:22 5437
-  A +

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Matça tam ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan 3 xalı əldə etdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

O, son iki oyunda cərimə zərbəsindən 2 top buraxmalarının səbəbi ilə bağlı bunu deyib:  "Məncə, zərbəni vuranlar dəqiq yerinə yetiriblər".

Q.Qurbanov "Zirə" ilə matçda zədələnərək əvəzlənən Xayme Romeronun hazırkı durumu haqda da danışıb: "Deyəsən onun durumu yaxşı deyil. Ola bilsin ki, zədəsi ciddidir. Digər zədəli oyunçular - Mahir Emreli və Rahil Məmmədov fərdi qaydada məşqlərə başlayıb. Mahir ola bilsin ki, komandaya daha tez qoşulsun.


Son xəbərlər