Messi özündən çıxdı

Messi özündən çıxdı
DÜNYA FUTBOLU 23 Sentyabr 2019 / 15:16 6616
-  A +

"Barselona"nın kapitanı Lionel Messi komanda yoldaşlarına əsəbiləşib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqasının 5-ci turunda "Qranada"ya uduzduqları (0:2) görüşdə "Barselona"nın futbolçularının oyunundan narazı qalıb. Argentinalı hücumçu matçdan sonra paltardəyişmə otağında komanda yoldaşları ilə kobud şəkildə danışaraq onlardan zəif oyun görə izahat istəyib.

Messi özü fasilədən dərhal sonra meydana daxil olub. O, zədəsini yeni sağaldıb. Argentinalı futbolçu mövsümün əvvəlini isə məcburiyyətdən buraxmalı olub.

Qeyd edək ki, “Barselona” La Liqada 5 oyuna 7 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın