"Qələbəyə yaxın olan tərəf biz idik" - Con Kamara

"Qələbəyə yaxın olan tərəf biz idik" - Con Kamara
PREMYER LİQA 23 Sentyabr 2019 / 00:11 2905
-  A +

"Keşlə"nin futbolçusu Con Kamara Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Neftçi" ilə heç-heçə etdikləri matçdan (0:0) sonra   jurnalistlərin suallarını cavablandırıb. Qol.az -ın məlumatlna görə, o, əvvəlcə oyun haqda danışıb.

- Düşünürəm ki, hər iki komanda yaxşı oyun göstərdi. Matç 0:0 yekunlaşsa da,  qalibiyyətə yaxın olan tərəf biz idik. 3 xal qazana bilərdik. "Neftçi" çox yaxşı komandadır. Tanınmış oyunçuları var. Bununla belə oyun qolsuz bərabərliklə yekunlaşdı.

- Nəticəni ədalətli hesab edirsiniz?

- Bu, futboldur. Bəzən qələbə gözləyirsən. Əgər qalib gələ bilmirsənsə, 1 xalla kifayətlənməyi bacarmalısan. Dediyim kimi, "Neftçi" əla komandadır. Onlara hörmət edirik. Buraya 3 xal üçün gəlmişdik.

- Paltardəyişmə otağında komanda yoldaşlarının alqış və gülüş səslərini eşitdik. Bu, nəticəyə görədir?

- Əlbəttə. Onlarla oyunda 1 xal belə bizim üçün vacibdir. Nəticəyə görə xoşbəxtik.

- "Neftçi" meydanda azlıqda qalandan sonra "Keşlə"nin pressinq edəcəyi gözlənilirdi. Amma bu, müşahidə olunmadı.

- Haqlısınız, hər kəs bizdən bunu gözləyirdi. Ancaq bu, futboldur. Çempionlar Liqasının oyunlarında da belə hallar müşahidə olunur. Gördüyünüz kimi, azlıqda qalandan sonra da "Neftçi" hücum edib, hesabı aça bilərdi. Biz intizamlı komandayıq. Məşqçimizin tapşırıqlarına qulaq asırıq. Sonda xal qazana bildik. Düşünürəm ki, bizim üçün ən vacibi də budur.

- Bu yay bir çox oyunçu "Keşlə"ni tərk etdi. Amma komandada qalan oyunçulardan biri oldunuz. Tərlan Əhmədovu sizi komandada saxlaması üçün onu nəcə təəccübləndirdiniz?

- Düşünmürəm ki, onu nəyləsə təəccübləndirdim. Bəzən komandada dəyişikliklər edilir. Komandam üçün əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Düzdür, bir çox oyunçu "Keşlə"ni tərk etdi. Ancaq mən hələ də komandamlayam. Məşqçilər heyəti komandanı yenidən qurmaq üçün belə addımlar atır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı