"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının V turunda "Neftçi" ilə heç-heçə etdikləri (0:0) matçdan sonra Qol.az -ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.
- "Neftçi" çətin rəqibdir. Səfərdə oynayırdıq. Düzü, bura 3 xal üçün gəlmişdik. Sadəcə, oyun belə gətirdi. "Neftçi" kimi komandadan 1 xal almağa da şükür etmək lazımdır.
- "Neftçi" azlıqda qalandan sonra gözləyirdik ki, "Keşlə" daha çox hücum edəcək, təzyiq altında saxlayacaq. Lakin komandanız geri çəkildi. Bu, nə ilə bağlı idi?
- Rəqibin heyətində Stiven Monroz, Rauf Əliyev kimi sürətli oyunçular var. Demək olar ki, bütün heyət keyfiyyətli futbolçulardan. ibarətdir. Onlara qarşı açıq futbol oynamaq çətin olar. Məsələn, Dabonun son epizodda 2 oyunçunu birdən necə keçməyini gördünüz.
- Bu "Neftçi"ni udmaq olardımı?
- Əlbəttə, yalnız "Neftçi"yə yox, bütün komandalara qalib gəlmək olar. Əsas olan komandada hamının istəkli olmasıdır. Stadiona çıxanda "Neftçi" və ya "Qarabağ"la oynamağın heç bir fərqi yoxdur. İstək varsa, bütün komandalardan xal almaq olar.
- Paltardəyişmə otağından səsiniz gəlirdi. Hiss olunurdu ki, sevinirsiniz. Yəni, 1 xal sizi bu qədər sevindirir?
- Yox, o səs məşqçinin səsi idi. Biz üzgün oturmuşduq deyə bizi ruhlandırırdı ki, ən azından uduzmamışıq. Əvvəlcədən 1 xal qazanacağımızı desəydilər, qane olardıq, amma rəqib azlıqda qaldığı üçün qalib gəlməli idik.
- Matç bitəndə əsəbi görünürdünüz. Tərlan Əhmədovun qərarına etirazınız vardı?
- Yox desəm, nə qədər səmimi səslənər, bilmirəm. Bir epizod vardı, Ruslan Qurbanovun ötürməsinə çatmadım, zərbə vurdum, oyunçuya dəydi. Bu, məndə aqressiya yaratdı. Oyuna qol vurmaq üçün çıxmışdım. Tərlan Əhmədov 5 aydır mənə səbr edir. Ona qarşı qətiyyən hörmətsizlik etmərəm.
- Artıq ikinci qarşılaşmadır ki, qələbə qazana bilmirsiniz...
- "Səbail"lə matçımıza baxanlar bilir ki, ən azı 45 dəqiqə üstün oynadıq. Çoxlu qol epizodumuz oldu, alınmadı. Sadəcə, mən və komanda yoldaşlarım üzərimizdə çox işləməliyik ki, qol vuraq.
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı