"Qələbə qazana bilərdik. Hesabda öndə idik. Fikrimcə, son yarım saatda konsentrasiyamız itdi, komandada boşalma oldu. Nəticədə qapımızda top gördük.Çətin oyun olacağını gözləyirdik. Külək də hər iki komandaya çətinlik yaratdı. Amma yenə də uşaqlar sona qədər vuruşdular, öz oyunlarını göstərdilər. İndi evə 1 xalla dönürük".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Səbail"lə oyundan (1:1) sonra deyib
O bildirib ki, bu heyətlə daha yaxşısını bacara bilərlər: "Hər şey öz əlimizdədir. İlk "beşliy"ə düşəcəyik. Məncə, hətta ondan da yuxarı yer tutacağıq".
R.Ramaldanov son 2 görüşdə 4 xal toplamağı baş məşqçi dəyişikliyi ilə əlaqələndirməyib: "Son iki matçdakı uğurlu çıxışın səbəbi odur ki, komandada özünəinam artıb. Bu da öz oyunumuzu sərgiləməyə imkan verir. Bunu Sənan Qurbanovun istefası ilə əlaqələndirməzdim. Onun rəhbərliyi altında da "Sumqayıt"a qarşı eyni oyunu göstərmişdik. Amma qapımızda 2 qol görmüşdük. Düzdür, sonrakı iki matçda istədiyimiz alınmadı. Ancaq ardından futbolçularda inam yarandı".
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə