İki güləşçimiz finalda – Dünya çempionatı

İki güləşçimiz finalda  – Dünya çempionatı
GÜLƏŞ 21 Sentyabr 2019 / 16:58 5640
-  A +

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Qol.az xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq dünya çempionu Yovlis Bonne Rodrigerə (Kuba) qalib gəlib və 1/4 finala yüksəlib.Behnam Eşaq Ehsanpurla (İran) qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub.Ehsanpur finaladək irəliləyə bilmədiyindən, Qvarzatilov mübarizəni dayandırmalı olub. 

Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisi  Dmitri Tkaçenkoya yenərək 1/4 finala adlayıb. Bu mərhələdə  Qalimjan Usserbayevi devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Slovakiya təmsilçisi Taymuraz Salkazanova 4:3 hesabı ilə qalib gələn təcrübəli pəhləvan finalda ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısı  Cavrail Şapiyevi məğlub olub. Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisi  Minvon Seonu üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisi  Valeri Andreytsova gücünü göstərərək adını 1/4 finala yazdırıb. O, yarımfinalda ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Deyki də üstələməyi bacarıb - 5:2. Həlledici qarşılaşmada rəqib olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayev (Rusiya) olacaq.

61 kq

1/8 final - Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (Kuba) - 7:0

1/4 final - Əhmədnəbi Qvarzatilov - Behnam Eşaq Ehsanpur (İran) - 12:13

79 kq

1/8 final - Cəbrayıl Həsənov -(Ukrayna) - 7:0

1/4 final - Cəbrayıl Həsənov - Qalimjan Usserbayev (Qazaxıstan) - 13:4

1/2 final - Cəbrayıl Həsənov - Teymuraz Salkazanov (Slovakiya) - 4:3

86 kq

Təsnifat - Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan) 1:4

97 kq

Təsnifat - Şərif Şərifov - Minvon Seo (Cənubi Koreya) 11:4

1/8 final - Şərif Şərifov - Valeri Andreytsov (Ukrayna) 4:0

1/4 final - Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan)

1/2 final. Şərif Şərifov - Kayl Snayder (ABŞ) - 5:2

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı