Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı

Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
GÜLƏŞ 17 Sentyabr 2019 / 12:11 4849
-  A +

Azərbaycan qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qol.az-ın məlumatına görə 31 yaşlı idmançı buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə nail olub.

1/4 finalda Yekaterina Poleşçuka (Rusiya) qalib (11:0) gələn Stadnik ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub.

Qeyd edək ki, Mariya Stadnik karyerasında dördüncü dəfə olimpiadada iştirak hüququna yiyələnib. O, "Pekin-2008"də bürünc, "London-2012" və Rio-2016"da gümüş medal əldə edib. Stadnikin aktivində dünya çempionatının, 7 dəfə Avropa çempionatının və 2 dəfə Avropa Oyunlarının qızıl medalları da var.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı