"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Qol.az-a müsahibə verib. Avropa Liqasının 2-ci təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə keçirəcəkləri oyunlar haqda danışan mütəxəssis dünənki püşkatmanın nəticəsini də dəyərləndirib.
- Türkiyədə 2 həftəlik təlim-məşq toplanışınız oldu. Hazırlıqdan razı qaldınızmı?
- Türkiyədə daha çox oyun keçirməyi planlaşdırmışdıq. Ciddi rəqiblərlə qarşılaşdıq. Ümumilikdə, toplanışdan razı qaldım. Futbolçular istəkli idilər. Hər bir tapşırığı yerinə yetirməyə çalışırdılar. Bilirsiniz ki, komandamız yenidən quruldu. Yeni futbolçular cəlb olunub. Onların meydanda bir-birini başa düşməsi üçün zaman lazımdır. Ona görə də hər 3 yoxlama matçından maksimum faydalanmağa çalışdıq. Bir sözlə, toplanış yaxşı keçdi. Məsələn, oyunlarda düzəldə biləcəyimiz səhvlərimizi gördük. Ümumilikdə, hazırlıq prosesindən razı qaldım.
- Yeni transferlərin çıxışı necə, sizi qane etdimi? "Qəbələ"yə kömək edə biləcək səviyyədədirlər?
- Həm Fernan, həm Merab, həm də Klesio cavan oyunçulardır. Kristian Kuaku və İvitsa Juniç toplanışa bir qədər gec qoşuldu. Yeganə üstünlüyümüz o oldu ki, Fernan hazırlıq prosesinə Qəbələdə qoşula bildi. Bu səbəbdən onun üçün uyğunlaşma elə də çətin olmadı. Digər transferlərə gəlincə, təəssüf ki, bir az gec gəldilər. Yalnız bir oyunda yoxlaya bildik. Klesio son matçda yaxşı təsir bağışladı. Həftəlik proqramda da iştirak edə bildi. Əlbəttə, bu, elə də çox müddət deyil. Amma hamısını tanıyırıq, oyunlarını izləyirik. Hər birini potensialına inanıb almışıq. Son oyunu götürsək, Klesionun çıxışı bizi daha çox qane etdi. Yəqin ki, onu "Dinamo"ya qarşı start heyətdə meydana buraxacağıq.
- Bu yay "Qəbələ"ni çox futbolçu tərk etdi. Sizcə, gələnlər gedənlərin boşluğunu doldura biləcəklər?
- Gedən futbolçular ötən mövsüm bizə titul qazandırdılar. Hamısına minnətdarlığımızı bildirdik, karyerlarında uğurlar arzuladıq. Yeni futbolçularmız da onlardan geri qalmırlar. İnamımız böyükdür. Əl-ələ verib, məqsədə çatmaq üçün birlikdə irəliləyəcəyik. İnanıram ki, gedənlərin yoxluğunu hiss etdirməyəcəklər.
- Başqa transferlər gözlənilir?
- Transfer məsələləri yekunlaşdı. Komandamız həm avrokubok, həm də çempionat oyunlarına bu heyətlə çıxacaq.
- Bu həftə avrokuboklarda mübarizəyə start verəcəksiniz. Avroliqanın 2-cü təsnifat mərhələsində "Dinamo" ilə oyunlardan nə gözləmək olar?
- Komandanı yenidən formalaşdırırıq. Görüləsi işlərimiz çoxdur. Futbolçular hər iki toplanışda çox istəkli idilər. Çünki onların nəzərinə çatdırmışdım ki, zamanımız çox azdır. İyulun 25-i oyunumuz var. Oyunçularımızın arzulu olması bizi sevindirir. Çünki meydançada rəqibdən daha çox işləməliyik ki, turu keçə bilək. "Dinamo" çox çətin rəqibdir. Onlarda çempionat davam edir. Komplektləşmiş, hazır komanda ilə oynayacağıq. "Dinamo"nu təhlil etmişik. Ciddi rəqibdir, amma biz də öz gücümüzə inanırıq. "Qəbələ" olaraq, əsas hədəfimiz turu keçməkdir.
- İlk qarşılaşma Qəbələdə olacaq. Ev oyununda hansı nəticə sizi qane edəcək?
- Oyuna maksimum dərəcədə köklənməliyik. Həm müdafiədə, həm də hücumda səhvsiz oynamağı bacarmalıyıq. Hər saniyə bizim üçün vacib olacaq. Səbrli, sürətli olmalı, bütün komponentlərdə rəqibi üstələməliyik. İlk növbədə isə qapımızı toxunulmaz saxlamalıyıq.
- Dünən 3-cü təsnifat mərhələsinin də püşkü atıldı və potensial rəqibiniz müəyyənləşdi. "Dinamo"nu keçə bilsəniz, növbəti raundda Hollandiya nəhəngi "Feyenoord"la oynayacaqsınız. Qısaca olaraq, püşkün nəticəsi barədə də fikirlərinizi bilmək maraqlı olardı...
- O haqda heç danışmaq istəmirəm. Bütün fikrimiz "Dinamo" ilə oyundadır. Hazırda yalnız bu matçı fikirləşirik. İndidən "Feyenoord"u düşünmək düzgün olmaz.
Elnur SALAHOV
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı