"Real"da ciddi itki - mövsümü bitirdi

"Real"da ciddi itki -  mövsümü bitirdi
DÜNYA FUTBOLU 20 Aprel 2019 / 11:50 3272
-  A +

“Real” ciddi itki ilə üzləşib.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, müdafiəçi Alvaro Odriosolo zədələnib.

Məşq zamanı Vinisiusla toqquşan 23 yaşlı futbolçu yerə uğursuz düşüb və körpücük sümüyü qırılıb. Müayinədən sonra məlum olub ki, futbolçu mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Dani Karvahalın zədələnməsindən sonra heyətdə möhkəmlənən Odriosolo bu mövsüm “Real”da 22 oyuna çıxıb və 1 qol vurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı