Maksim 400-cü oyununa övladları ilə çıxdı - Şəkillər

Maksim 400-cü oyununa övladları ilə çıxdı -  Şəkillər
ÖLKƏ FUTBOLU 19 Aprel 2019 / 14:15 3095
-  A +

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Ağdam klubunun heyətində 400-cü oyununa çıxıb.

Qol.az xəbər verir ki, yubiley matçı Azərbaycan Premyer Liqasının 25-ci turunda dünən "Keşlə" ilə keçirilən qarşılaşmada gerçəkləşib.

Bu münasibətlə matçdan öncə 29 yaşlı müdafiəçiyə övladları tərəfindən "400" yazılı simvolik forma təqdim olunub.

Qeyd edək ki, millimizin üzvü karyerası ərzində yalnız "Qarabağ"da çıxış edib. "Qarabağ"ın yetirməsi olan Medvedev "atlılar"ın heyətində 2006-cı ildə debüt edib.












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər