İquain bu gün Londona gedir

İquain bu gün Londona gedir
DÜNYA FUTBOLU 23 Yanvar 2019 / 12:29 2145
-  A +

İcarə əsasında "Milan"da çıxış edən, müqavilə ilə isə "Yuventus"a məxsus olan Qonzalo İquain bu gün Londona gedəcək.

Qol.az-ın "Sky Sport"a istinadən yaydıı xəbərə görə, onun bu gün "Çelsi"də tibbi müayinədən keçəcəyi və rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, İngiltərə klubunun Q.İquaini cari mövsümün sonuna kimi   icarəyə götürəcəyi iddia olunur. London təmsilçisinin "Yuventus"a 9 milyon avro icarə haqqı ödəyəcəyi bildirilir. Klub yayda 36 milyon avro ödəyərək 31 yaşlı oyunçunu birdəfəlik ala biləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı