“Onsuz da evdə 3 “qızıl top”um var" - Hazard

“Onsuz da evdə 3 “qızıl top”um var" -  Hazard
DÜNYA FUTBOLU 23 Yanvar 2019 / 12:03 3881
-  A +

“Statistika vecimə deyil. Mövsümü 30 qol, 20 məhsuldar ötürmə ilə bitirsəm, hamı alqışlayacaq. Hətta bütün oyunları uduzsaq belə”.

Qol.az xəbər verir ki, bu sözləri “Çelsi”nin futbolçusu Eden Hazard “France Football”a müsahibəsində deyib.

Belçika millisinin üzvü şəxsi uğurlara o qədər də maraq göstərmədiyini bildirib. O, “Qızıl top” mükafatını qazanmağı da hədəfləmədiyini qeyd edib: “Onsuz da evdə 3 “qızıl top”um var. Övladlarım mənim üçün ən dəyərli mükafatdır”.

Xatırladaq ki, “Qızıl top” mükafatnın son sahibi “Real”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçdir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord