Bolt futboldan getdi

Bolt futboldan getdi
XƏBƏR 22 Yanvar 2019 / 21:19 3807
-  A +

Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu, məşhur sprinter Useyn Bolt futbolçu karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə o, özü məlumat verib.  Avstraliyanın A liqasında mübarizə aparan "Sentral Kost Mariners" komandası ilə yoxlama  oyununda qollar vuran Bolt peşəkar müqavilə  imzalamaq üçün yaxşı təkliflər almadığı üçün bu qərarı verdiyini bildirib: "Bu, yaxşı təcrübə idi. Mən həqiqətən futbol oynamağı xoşlayırdım. Bu, yüngül atletikadan fərqlənirdi".

Qeyd edək ki, ötən ilin avqust ayından bəri komanda ilə məşqlərə çıxan və hazırlıq oyununda iki qol vuran yamaykalı idmançı maliyyə məsələsində Avstraliya təmsilçisi ilə razılaşmadığı üçün noyabrda klubdan ayrılmışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki