Ayxan Abbasov "Vardar"la oyundan danışdı

Ayxan Abbasov "Vardar"la oyundan danışdı
ÖLKƏ FUTBOLU 22 Yanvar 2019 / 19:23 1966
-  A +

“Bilirsiniz ki, hazırlıqlar ağır, komanda isə yorğun olur. Bugünkü oyunda futbolçularımızın istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi. Qələbə qazandıq və komandamızın oyunundan razı qaldıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanış çərçivəsində "Vardar"a (Makedoniya) 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

"Çalışırıq ki, yoxlama oyunlarında bütün oyunçularımıza şans verək. Çünki, toplanışdan sonra çempionata tam hazır şəkildə başlamalıyıq” - deyə o bildirib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi