Aqil zədələndi, "Neftçi" millidəki qapıçısını geri çağırdı

Aqil zədələndi, "Neftçi" millidəki qapıçısını geri çağırdı
ÖLKƏ FUTBOLU 22 Yanvar 2019 / 16:03 2903
-  A +

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Neftçi”dən dəvət edilən qapıçı Kamran İbrahimov hazırlıq prosesindən kənarlaşdırılıb. Qış fasiləsində “Qəbələ”dən transfer edilən Aqil Məmmədov zədələndiyinə görə paytaxt klubunun rəhbərliyi millinin baş məşqçisi Milan Obradoviçdən K. İbrahimovun toplanışdan azad edilməsini xahiş edib.

Qeyd edək ki, U-21 toplanış çərçivəsində yanvarın 24-də, Bakı vaxtı ilə saat 12:00-da (Türkiyə vaxtı ilə 11:00-da) “Spartak-2” komandası ilə yoxlama oyunu keçirəcək.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı