"Zirə" Macarıstan klubuna qalib gəldi

"Zirə" Macarıstan klubuna qalib gəldi
ÖLKƏ FUTBOLU 22 Yanvar 2019 / 17:54 2948
-  A +

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.
 
Qol.az xəbər verir ki, Samir Abasovun komandası Macarıstanın yüksək liqasında çıxış edən “Paksi” klubu ilə qarşılaşıb. Görüş Samir Abasovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda Rumıniyanın “Voluntari” klubuna 1:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi sonuncu matçını yanvarın 26-da Rusiya “Tambov”una qarşı keçirəcək.

 

 

22 yanvar

Yoxlama görüşü

16:00.“Zirə” (Azərbaycan) – “Paksi” (Macarıstan) - 1:0
Qol:
İlkin Qırtımov, 57
Antalya.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"