"Özümüzdən fantastika yaratmaq istəmirdik” - Maksim Medvedev

"Özümüzdən fantastika yaratmaq istəmirdik” -  Maksim Medvedev
ÖLKƏ FUTBOLU 18 Noyabr 2018 / 00:00 3252
-  A +

“Bizim üçün çox ağır oyun oldu. Uzun zamandır bu qarşılaşmanı gözləyirdik. Bildiyiniz kimi, iki həlledici oyundan birinə çıxdıq. İki oyuna 6 xal qazanıb, birinci yerə yüksələ bilərik. Rəqibi analiz edib, baş məşqçimizin tapşırıqlarını yerinə yetirdik. İstədiyimiz kimi hücuma çıxıb, lazım olan qolları vurduq”.

Qol.az-ı məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Maksim Medvedev Millətlər Liqasının 5-ci turunda Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, rəqibin ikinci hissədədaha çox  təzyiq etdiyini bildirib: “Rəqib ikinci hissədə 5-li müdafiə sistemini dəyişdi. Bir müdafiəçinin yerinə hücumameyilli futbolçu meydana çıxdı. Ona görə bir az təzyiq etməyə başladılar. İki qolla öndəydik və risk eləmək istəmirdik. Çalışdırdıq ki, daha sərbəst oynayaq. Belə deyim, özümüzdən fantastika yaratmaq istəmirdik. Daha rahat, dəqiq ötürmələrlə hücuma çıxmaq istəyirdik”.

29 yaşlı müdafiəçi növbəti turdakı Kosova ilə oyun haqda da danışıb: “Futbolçuların ustalığı yüksək səviyyədədir. Belə müqayisə etsək, Kosova ilə oynaya bilərik. Əsas odur ki, diqqətimiz,  psixologiyamız yerində olsun və baş məşqçinin tapşırıqlarını yerinə yetirək”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı