"Qəbələ" U-19 komandası ilə üz-üzə

"Qəbələ" U-19 komandası ilə üz-üzə
XƏBƏR 16 Noyabr 2018 / 21:50 1212
-  A +

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 11-ci turun noyabrın 11-də keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan komanda dünən Qəbələdə bir araya gəlib. “Qırmızı-qaralar” hazırlıqlarını milli komandaların düşərgələrində olan futbolçularsız gerçəkləşdirir. Bu gün keçirilən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda noyabrın 20-dək məşqlərini Qəbələ şəhər stadionunda reallaşdıracaq. Həmin gün Bakıya yola düşəcək komanda 12-ci turun hazırlıqlarına isə paytaxtda yekun vurulacaq.

Noyabrın 19-da isə “Qəbələ” yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” UEFA Gənclər Liqasında mübarizə aparan U-19 komandası ilə matçda qüvvəsini sınayacaq.

Xatırladaq ki, “Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda “Keşlə”nin qonağı olacaq.


Son xəbərlər